Card image cap

UFAZ-da Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

Fevralın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universitetinin (UFAZ) müəllim və tələbələrinin iştirakı ilə Xocalı soyqırımının 25 illiyi münasibətilə tədbir keçirilib. Tədbiri açıq elan edən UFAZ-ın direktoru Vazeh Əsgərov həmin faciənin unudulmasının qeyri-mümkün olduğunu qeyd edib və belə anım tədbirlərinin keçirilməsi vasitəsilə birliyin nümayiş etdirilməsinin əhəmiyyətini vurğulayıb.

UFAZ tələbələri tədbirdə ingilis dilində çıxış edərək Xocalıda xalqımızın başına gətirilən müsibətləri tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Universitetin tələbəsi bu gün bütün dünyaya həqiqətlərin tanıdılmasında əlimizdə silah kimi istifadə etdiyimiz milli qəhrəman, jurnalist Çingiz Mustafayevin Xocalı faciəsini əks etdirən kadrlarından bəhs edib. Daha sonra Heydər Əliyev Fondunun Xocalı soyqırımı haqqında hazırladığı ingilis dilində film nümayiş etdirilib. Filmin nümayişindən sonra UFAZ-ın müəllim kollektivi də hadisələrə öz münasibətini bildirib.

Sonda UFAZ-ın direktoru Vazeh Əsgərov 25 yaşı olmayan UFAZ tələbələrinin Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş tədbirə yüksək səviyyədə hazırlaşdıqlarına görə öz təşəkkürünü bildirib.