Card image cap

ADNSU-da “Socar Fugro” MMC-nin nümayəndələri ilə tələbələrin görüşü olub

Fevralın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetin Məzun Karyera Mərkəzinin və “Socar Fugro” MMC-nin birgə təşkilatçılığı ilə tələbələrlə görüş keçirilib.

Tədbirdə “Socar Fugro” MMC-nin nümayəndələri ADNSU tələbələrinə şirkət haqqında geniş məlumat veriblər. Şirkət nümayəndələri bildiriblər ki, “Socar Fugro” MMC ilə ADNSU-nun birgə əməkdaşlığı çərçivəsində “Geoloji-kəşfiyyat” fakültəsinin tələbələri şirkətin laboratoriyalarında təlim keçə biləcəklər. Təlimdə ən fəal iştirak edən tələbələr isə ADNSU-nun gündəlik təcrübə proqramı çərçivəsində “Socar Fugro” MMC-də işə başlayacaqlar.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, ADNSU-nun Məzun Karyera Mərkəzi “Socar Fugro” MMC ilə gələcəkdə tələbələrin yay təcrübəsinin təşkili, məzunların işlə təmin olunması və başqa məsələlərlə bağlı birgə layihələr həyata keçirməyi planlaşdırır.