ADNSU tələbələrinin nəzərinə!

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alanların nəzərinə çatdırırıq ki, universitet tərəfindən internetlə yalnız sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr təmin olunacaqlar. Qeyd edək ki, bu qrup ailələrdən olan və ADNSU-da təhsil alan tələbələr internet təminatı ilə bağlı konkret müraciət etdikləri halda, onların müraciəti əsaslandırılacaq və internet  təminatı həyata keçiriləcək.