Oбщий

 

     Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) fakultələr nəzdində fəaliyyət göstərən kafedra və problem elmi tədqiqat laboratoriyalarında aparılan təbiət, dəqiq, texniki və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və innovasiya xarakterli əhəmiyyətli elmi araşdırma və tədqiqatların dəstəklənməsinə, elmi fəaliyyətin stimullaşdırılması və alimlərə əlavə yaradıcılıq imkanı yaradılmasına yönəlmiş layihələrin qrantlar yolu ilə məqsədli olaraq, bir elmi mövzu (problem) ətrafında müvəqqəti yaradılmış alimlərin yaradıcı kollektivlər şəklində maliyyələşdirilməsi məqsədi ilə aşağıda göstərilmiş elmi prioritetlərə uyğun olaraq və müvafiq şərtlər daxilində

 

    Elan edir:

   

 

Fundamental və tətbiqi xarakterli layihələrin növləri və maliyyələşdirilmə həcmi:

    - texnika elmləri üzrə 2 qrant, hər biri 50.0 min manat qədər;

    - kimya elmləri üzrə 2 qrant, hər biri 50.0 min manat qədər;

    - yer haqqında elmlər üzrə 2 qrant, hər biri 50.0 min manat qədər;

    - ictimai elmlər üzrə 1 qrant, 50.0 min manat qədər.

    Müsabiqədə iştirak edən müvəqqəti yaradıcı kollektiv formalaşdırılarkən iştirakçıların ümumi sayı (rəhbərdə daxil olmaqla) 4-dən az, 8 nəfərdən çox olmamalıdır.

    Layihələrin icra müddəti bir qayda olaraq 1 ildən artıq olmamalıdır.

    Qrant iddiaçılarının nəzərinə çatdırılır ki, qrant layihəsi çərçivəsində elmi məqsədlər üçün tələb olunan əsas vəsaitlər (elmi cihazlar, avadanlıq və qurğular, elmi fəaliyyət üçün məmulatlar, ləvazimat və qeyri-maddi aktivlər və s.), iş və xidmətlər layihənin ümumi büdcəsinin 35%-dən artıq (vergi və rüsumlar daxil olmaqla) ola bilməz.

 

Müsabiqənin prioritet istiqamətləri:

 

    Elmi-tədqiqat layihələri təqdim olunmuş təsnifatı üzrə elm sahələri və istiqamətlərini əhatə etməklə və layihənin təqdim olunduğu fakultələrin elmi prioritetlərini əsas götürməklə təqdim olunmalıdır. ADNSU-nun “ELM MƏRKƏZİ” müsabiqəyə təqdim olunmuş layihələrin elmi ekspertizası işini və qalib layihələrin vaxtaşırı monitorinqini təşkil edəcəkdir.

 

Müsabiqənin keçirilmə müddəti:

 

  •     Müsabiqədə iştirak etmək üçün layihələr 2018-ci il 00 ........ tarixindən başlayaraq qəbul olunur;
  •     Müsabiqədə iştirak etmək üçün layihələrin qəbulu üçün son tarix 2018-ci il 00 ....... saat 17:00-dır;
  •     Müsabiqənin nəticələrinin 2018-ci ilin noyabr ayının 1-ci yarısında açıqlanması planlaşdırılır.