Card image cap

Tanınmış fransalı professor ADNSU tələbələrinə seminar keçir

Fransanın TOTAL şirkətinin təcrübəli mütəxəssisi, TOTAL Professorlar Assosiasiyasının üzvü Jean Bera Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Qaz-neft mədən fakültəsinin tələbələri üçün “Dənizdə qazma işlərinin yeni texnika və texnologiyaları” mövzusunda seminar keçir.

Həftə ərzində hər gün 10:20–11:55 və 12:15–13:50 saatlarında təşkil olunacaq bu dərslər universitetin və şirkətin əməkdaşlıq razılaşması çərçivəsində həyata keçirilir. Səfər və dərslərin təşkili ilə bağlı bütün xərcləri Fransa tərəfi öz üzərinə götürür.