Card image cap

ADNSU tələbəsi beynəlxalq konfransda qalib olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi və universitetin əməkdaşı  aprelin 19-da Sankt-Peterburqda keçirilən beynəlxalq konfransda iştirak ediblər.

“Faydalı qazıntıların çıxarılması və istismarı problemləri” adlı konfransda ADNSU-nun Geoloji-kəşfiyyat fakültəsinin I kurs magistrantı Abbasov Kamran “Seysmik dalğalar əsasında geoloji və petrofizik parametrlərin proqnozlaşdırılması”, ADNSU-nun İqtisadiyyat və Menecment fakültəsinin dekan müavini Yaqub Əlizadə isə “2009-cu ilin maliyyə böhranından sonra iqtisadiyyatın dövlət tənzimlənməsi” mövzularında məruzə ilə çıxış ediblər. Tələbə Abbasov Kamran konfransdakı çıxışına  görə  Diplomla təltif olunub.

Qeyd edək ki, Beynəlxalq konfransa 19 ölkədən 240 nəfər iştirakçı qatılıb. Konfrans aprelin 21-nə kimi davam edib.