.Объявление

ADNSU-nun doktorantura və dissertanturasına sənəd təqdim etmiş namizədlərin nəzərinə!

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə 13 noyabr 2019-cu il tarixli 443 nömrəli qərarına uyğun olaraq, Dövlət İmtahan Mərkəzi 2020-ci il oktyabrın 9-dan 20-dək 2020-2021-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün namizədlərin qeydiyyatını elan edir (http://dim.gov.az/news/index.php)

 

İmtahanda iştirak etmək üçün qeydiyyat oktyabrın 9-dan 20-dək aparılacaq(qeydiyyat üçün link: https://eservices.dim.gov.az/erizedok/erize/

 

Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanı proqramları Azərbaycan və rus dillərində (http://dim.gov.az/news/5716/), həmçinin doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının məzmunu və strukturu haqqında məlumat (http://dim.gov.az/news/5827/) DİM-in internet saytında yerləşdirilmişdir.