ADNSU-da “Biotibbi mühəndislik ixtisası” üzrə praktiki seminar keçirilib

Dekabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fransanın Franche Comte Universiteti ilə birgə təşkil etdiyi “Biotibbi Mühəndislik” ixtisası üzrə praktiki seminar keçirilib.
“İnsan orqanizminin çatışmayan funksiyalarını təmin etmək üçün tibbi sistemlər və təmassız qurğular” mövzusunda keçirilən seminarda “Cihazqayırma mühəndisliyi” və “Biotibbi texnologiyalar mühəndisliyi” ixtisaslarının tələbələri və müəllimlər iştirak edib.
Seminarda Franche Comte Universitetinin müəllimi, texnika elmləri namizədi Elmar Yusifli universitetin “Nanomedicine” laboratosiyasında işləyib hazırladılqarı layihələri tələbələrə nümayiş etdirib. Mövzu ətrafında tələbələrlə müzakirə aparılıb.