ADNSU Beynəlxalq "UniLab" layihəsinə qoşulub
Yanvarın 1-dən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) də iştirakçısı olduğu Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində UniLab “XXI əsrdə Universitetdən əmək bazarına: iş yerləri ilə təmin edilməsində irəliyə doğru bir addım” layihəsində qoşulub.
UniLab (Universitet - əmək bazarı) layihəsinin əsas məqsədi cəmiyyət daxilində üç tərəfdaş ölkədə - Azərbaycan, Belarusiya və Rusiyada - ali təhsil sektorunun modernləşməsinə töhfə verməkdir.
Əsas istiqamət: Avropa Birliyi Proqram tərəfdaşları təcrübəsindən faydalanaraq və onların bu sahədə strategiyasını istifadə edərək müəssisələr və ali məktəblər arasında tərəfdaşlığın genişləndirilməsi və məzunların inkişafı üçün addımların atılması.
Məşğulluq startegiyası: işə əsaslanan tədrisin (WBL -work-based learning) təşviqinə yönəlmiş dəstək siyasəti, hüquqi çərçivə və yenilikçi təcrübənin, UniLab modelinin hazırlanması və tətbiqi.
İştirakçılar:
Koordinator: EUCEN Belgium və Barcelona School of Management – Universitat Pompeu Fabra (İspaniya)
Azərbaycan:
1)Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
2) Xəzər Universiteti
Rusiya:
1) Lomonosov adına Mpskva Dövlət Universiteti
2) Almateyevsk Neft İnsitutu
3) Orenburq Dövlət Universiteti
4) Sibir Federal Universiteti
Belarusiya:
1) Qomel Dövlət Universiteti
2) Moqilyov Dövət Universiteti
Program olkə universitetləri:
1) IMC Fachhochschule Krems (Avstriya)
2) Universite de Lille (Fransa)
Qeyd edək ki, layihənin koordinatoru olan İspaniyanın Pompeu Fabra Universiteti və EUCEN təşkilatı
cari ilin 10 – 12 mart tarixlərində Barselona şəhərində ilk görüş təşkil edilmişdir. Tədbirdə ADNSU-nu Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Rafiq Camalov və İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov təmsil ediblər.