ADNSU-da “UniLab” layihəsi çərçivəsində onlayn monitorinq keçirilib

Noyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin də (ADNSU) iştirakçısı olduğu “UniLab” layihəsi çərçivəsində növbəti onlayn monitorinq görüşü keçirilib.
Görüşdə Milli Erasmus + Ofisinin rəhbəri Pərviz Bağırov və əməkdaşı Zəfər Həsənov, həmçinin ADNSU-nun əməkdaşları  iştirak ediblər. Layihənin gedişatının müzakirə olunduğu görüşdə gələcək addımlar müzakirə olunub və layihə ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ADNSU  Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində UniLab “XXI əsrdə Universitetdən əmək bazarına: iş yerləri ilə təmin edilməsində irəliyə doğru bir addım” layihəsinə yanvarın  1-dən etibarən qoşulub. UniLab (Universitet - əmək bazarı) layihəsinin əsas məqsədi cəmiyyət daxilində üç tərəfdaş ölkədə - Azərbaycan, Belarusiya və Rusiyada -  ali təhsil sektorunun  modernləşməsinə  töhfə verməkdir.