ADNSU-da “İngilis dili və İELTS” mövzusunda təlim-seminar keçirilib

Martın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “İngilis dili və İELTS” mövzusunda seminar keçirilib.

Seminarda universitetin müxtəlif fakültələrinin tələbələri iştirik ediblər. Təcrübəli müətəxəssis, “You will speak” platformasının təsisçisi Günay Rəsulova mövzu ilə bağlı geniş mühazirə oxuyub. O, tələbələrə ingilis dilinin əhəmiyyəti, öyrənmə mərhələləri və metodları, həmçinin bu zaman yaranan çətinlik və maneələrin dəf olunması vasitələrindən danışıb. Diskussiya formasında keçirilən seminarda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.