ADNSU ilə “Yelo Bank” arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Aprelin 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə “Yelo Bank” arasında işçi görüş keçirilib.
Onlayn formatda keçirilən görüşdə ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin (İƏMD) direktoru Bəhruz Nəzərov, daxili kommunikasiya üzrə menecer Aytac Allahverdiyeva, eləcə də “Yelo Bank”ın İşə qəbul və kadr planlaması şöbəsinin baş mütəxəssisi Aygün Məhərrəmova-Kazımova və İşə qəbul şöbəsinin meneceri Kəmalə Eynullayeva iştirak ediblər.
ADNSU ilə “Yelo Bank” arasında əməkdaşlıq əlaqələrinin inkiaf etdirilməsinin müzakirə olunduğu görüşdə İƏMD-nin direktoru B.Nəzərov ADNSU-da ixtisaslar, Məzun-karyera mərkəzi eləcə də tələbələrin istehsalat təcrübəsi haqqında ətraflı məlumat verib. ADNSU-nun bir sıra banklarla tərəfdaşlıq əlaqələrinin olduğunu deyən B.Nəzərov “Yelo Bank” ilə də əməkdaşlığın müsbət nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.
“Yelo Bank”ın İşə qəbul və kadr planlaması şöbəsinin baş mütəxəssisi Aygün Məhərrəmova ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını deyib. A.Məhərrəmova-Kazımova universitetlə əlaqələri inkişaf etdirəcək və tələbələrə yeni təcrübə imkanları verəcək yay məktəbi və mentorluq proqramları haqqında ətraflı məlumat verib.