“PAŞA Həyat Sığorta” ASC-nin mütəxəssisləri ADNSU tələbələrinə master-klass keçiblər

8-9 dekabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin Məzun-Karyera Mərkəzinin təşkilatçılığı ilə “PAŞA Həyat Sığorta” ASC mütəxəssiləri tərəfindən tələbələrə master-klas keçirilib.
ADNSU-da keçirilən master-klass zamanı öncə Məzun-Karyera Mərkəzinin mütəxəssisi Aytac Məlikova tələbələrə tədbirin təşkili, onlar üçün əhəmiyyəti və qonaqlar haqqında məlumat verib.
“PAŞA Həyat Sığorta” ASC-nin İşə qəbul və İnsan Resursları Əməliyyatları şöbəsinin müdiri Vüsalə Həsənova ADNSU tələbələrinə PASHA Life haqqında məlumat verdikdən sonra “CV-ni düzgün tərtib etmək üzrə tövsiyyələr” mövzusunda tələblərə geniş məlumat verib. O, bununla bağlı müxtəlif istiqamətdə müqaisəli təhlillər apararaq işdə karyera qazanmağın üstünlüklərindən danışıb.
İşə qəbul və İnsan Resursları Əməliyyatları mütəxəssisi Narmin Salmanova, İnsan resursları üzrə kiçik mütəxəssis Günay Şıxzadə “İş müsahibəsinə hazırlaşmaq üzrə tövsiyyələr” mövzusunda çıxış ediblər. Master-klass zamanı tələbələrin sualları cavabladırılıb, mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Sonda tələbələr arasında yarış keçirilib və qaliblər hədiyyələrlə mükafatlandırılıblar.