ADNSU-da “Logistikanın İnkişaf Yolu” adlı konfrans keçirilib
Mayın 15-də 166 Yükdaşıma və Logistika şirkəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Logistikanın İnkişaf Yolu” adlı konfrans keçirib.
Şirkətin Biznesin inkişafı və Marketinq departamentinin direktoru Nurlan İmamquliyev, Korporativ satış
və borclar üzrə meneceri Cəlalə Mustafayeva, Korporativ Satış meneceri Fərhad Gülməmmədov, İnsan
resursları üzrə menecer Günel Məmmədova tərəfindən yükdaşımanın qayda və standartları, həmçinin 166
Yükdaşıma və Logistika şirkətinin ölkənin nəqliyyat sektorunda rolu, iştirak etdiyi beynəlxalq və yerli
əhəmiyyətli tədbirlər haqqında tələbələrə informasiya verilib.
Tədbirdə tələbələr 166 Yükdaşıma və Logistika şirkətində iş imkanları və təcrübə proqramı haqqında
məlumatladırılıblar.
İnteraktiv şəkildə keçirilən konfransda Logistika sahəsində tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, 2012-ci ildə fəaliyyətə başlayan 166 brendi hazırda Yükdaşıma və Logistika sahəsində ölkənin öndə gedən şirkətlərindən biridir. Şirkət bu gün sadəcə ölkdədaxili deyil, beynəlxalq arenada da yüklərin daşınmasını həyata keçirir.