"Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşları ADNSU tələbələri ilə görüşüblər

Aprelin 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşları ilə universitetin Elektirk və Mexanika ixtisasları üzrə təhsil alan 4-cü kurs tələbələri və magistrlarla görüş keçirilib.
Öncə görüşün təşkilatçısı ADNSU-nun Məzun-Karyera Mərkəzinin mütəxəssisi Aytac Məlikova iştirakçıları salamlayaraq tələbələrə görüş haqqında məlumat verib. "Azərbaycan Dəmir Yolları" QSC-nin fəaliyyəti haqqında qısa video-süjet izlənildikdən sonra mütəxəssislər tələbələr üçün iş imkanları, işə qəbul qaydaları ilə bağlı geniş məlumat veriblər. Eyni zamanda "Azərbaycan Dəmir Yolları" QSC-nin işə qəbul şöbəsinin əməkdaşları həmin ixtisaslara aid vakansiyalar haqqında da tələbələri məlumatlandırıblar, onların suallarını cavablandırıblar.