ADNSU-da Bakı metrosunun 55-illik yubileyinə həsr olunmuş görüş keçirilib
Aprelin 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Bakı Metropoliteni" QSC-nin 55-ci ildönümünə həsr olunmuş görüş keçirilib.
“Gələcəyə bizimlə addımla” layihəsi çərçivəsində keçirilən görüşdə “Bakı Metropoliteni” QSC-nin nümayəndələri, universitetin elektirk, mexanika, informasiya texnologiyaları ixtisasları üzrə təhsil alan tələbələri və professor- müəllim heyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADNSU-nun Tərbiyə işləri üzər prorektoru, dosent Ata Babayev tədbir iştirakçılarına rektor, professor Mustafa Babanlının salamını çatdırıb və “Bakı Metropoliteni” QSC-ni yubiley münasibətilə təbrik edib.
Tədbirdə çıxış edən metropolitenin Təlim tədris mərkəzinin rəisi Rüfət Qədəşov Bakı metropoliteninin tarixinə, metropolitendə son illərdə həyata keçirilən yeniliklər və layihələrə, həmçinin əməkdaşlığa dair təqdimatla çıxış edib.
Metropolitenin Təlim tədris mərkəzinin rəis müavini Rizvan Bayramov Bakı metropoliteninin konseptual inkişaf sxemi, cari infrastrukturu və metropolitenin fəaliyyət səmərəliliyinin artırılması istiqamətində nəzərdə tutulan mühüm layihələrdən danışıb. Metropolitenin stansiyalarının fəaliyyəti, həmçinin yeni kadrların seçimindəki dəyişikliklər, qatar maşinisti, platforma növbətçisi, eləcə də digər sahələr üzrə təcrübəçilərin iş prosesi və təhlükəsizlik tədbirləri haqqında geniş təqdimatla çıxış edib.
Sonda iştirkçıları maraqlandıran suallar cavablandırılıb.