ADNSU-da "Stressin İdarəedilməsi" mövzusunda seminar keçirilib

Aprelin 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində FOCUS Group şirkəti tərəfindən "Stressin İdarəedilməsi" mövzusunda seminar keçirilib.

Seminarda ADNSU-nun bütün fakültələrindən olan tələbələr iştirak ediblər.

Görüşün təşkilatçısı ADNSU-nun Məzun-Karyera Mərkəzinin mütəxəssisi Aytac Məlikova iştirakçıları salamlayaraq tələbələrə görüş haqqında məlumat verib. Sonra FOCUS Group şirkətinin rəhbəri, eyni zamanda psixoloqu Ülviyyə Hümmətova "Stressin İdarəedilməsi" mövzusunda geniş təqdimatla çıxış edib. Stressi sağlam yollarla idarə etməyin vacibliyindən danışan Ü.Hümmətova həmçinin stressin simptomlarından və stress yaradan faktorlardan danışıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.