ADNSU-da BOS Şelf MMC-nin rəhbər heyəti ilə görüş keçirilib

Sentyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetin III və IV kurs tələbələri ilə BOS Şelf MMC-nin rəhbər heyəti görüş keçirib.
Görüşdə ADNSU-nun Elm və texnika üzrə (elmi işlər üzrə) prorektoru Rauf Əliyarov, Energetika fakültəsinin dekanı Zakir Həsənov, BOS ŞELF MMC-nin İnsan resursları və təşkilati məsələlər üzrə baş meneceri Qalib Həsənov, təlim mərkəzinin rəhbəri Nigar Mahmudova, təlim üzrə mütəxəssis Rəşad Hacıyev və şirkətin digər nümayəndələri iştirak ediblər.
Görüşdə şirkət haqqında tələbələrə geniş video təqdimat nümayiş olunub. BOS ŞELF MMC-nin İnsan resursları və təşkilati məsələlər üzrə baş meneceri Qalib Həsənov müəssisənin strukturu, kadrlara olan ehtiyac, vakansiyalar və həmçinin yeni təcrübə qroqramı haqqında çıxış edib. Həmçinin şirkətin tələbələr üçün həyata keçirdiyi təcrübə proqramının seçim mərhələləri, qaydalar və təcrübə prosesi haqqında geniş məlumat verilib.
Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.