ADNSU-nun uğurlu təcrübə keçən 15 tələbəsi sertifikat alıblar
Sentyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təcrübə keçən tələbələrə sertifikatların təqdim olunması ilə bağlı tədbir keçirilib. Tədbirdə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, Geoloji-kəşfiyyat fakültəsinin dekanı, dosent Nemət Paşayev, Neft- mexanika fakültəsinin dekan müavini, dosent Tahir Süleymanov və tələbələr iştirak ediblər.
ADNSU-nun 15 nəfər yuxarı kurs tələbəsi “Binəqədi Oil Company” Şirkətində iki aylıq yay təcrübə
proqramında iştirak ediblər. Onlar təhsil aldıqları ixtisas üzrə topladıqları nəzəri biliklərini təcrübədən sınaqla keçiriblər və bu münasibətlə sertifikata layıq görülüblər.