ADNSU-da “Nitq və özünü ifadə bacarıqları” mövzusunda təlim keçirilib

Noyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzun-Karyera Mərkəzinin “Nitq və özünü ifadə bacarıqları” mövzusunda təlimi keçirilib.
Təlim-seminarda təlimçi Lamiyə Miryaqubova tələbələrə nitq və özünü ifadə bacarıqları, şəxsi brend və digər yaxın mövzularla bağlı maraqlı məlumatlar verib və öz təcrübəsini bölüşüb.
Tələbələrin gələcək həyat və fəaliyyətlərində uğurlu ola bilmələri üçün nitqin, vizuallığın və səs tonunun önəmindən bəhs edən L.Miryaqubova gənclərə ədəbi dilin normalarından düzgün istifadə etməyi tövsiyə edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.