“Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətin məqsədi və fəaliyyət istiqamətləri
Cəmiyyətin fəaliyyətinin əsas məqsədi nazirliyin sifarişi əsasında, ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin edən müxtəlif sinifli dövlət plan və yüksəklik geodeziya şəbəkəsinin yaradılması, bərpası və işçi vəziyyətdə saxlanılması, dövlət topoqrafik xəritə və planlarının hazırlanması, topoqrafik, müxtəlif ümumcoğrafi, tematik, elmi, tarixi xəritə və atlasların tərtibatı və nəşri, həmçinin ayrı-ayrı sifarişçilərin vəsaiti hesabına müqavilə işlərinin yerinə yetirilməsi və mənfəət əldə edilməsidir.
Cəmiyyətin fəaliyyət predmetinə Azərbaycan Respublikasının ərazisində və ondan kənarda qüvvədə olan qanunvericilikdl müəyyən olunmuş qaydada aşağıdakı fəaliyyət istiqamətləri aiddir:
şəhər, qəsəbə və digər yaşayış məntəqələrinin, eləcə də sənaye obyektlərinin müxtəlif miqyaslarda topoqrafik planalması;
dövlət əhəmiyyətli coörafi informasiya sistemlərinin yaradılması üçün tələb olunan müxtəlif miqyaslı rəqəmsal topoqrafik xəritələrin və planların hazırlanması, istifadə və mübadilə üçün sistemləşdirilməsi;
yüksək dəqiqlikli və yeni tətbiq olunan işlərdə proseslərin müasir standartlara uyğunlaşdırılması, avtomatlaşdırılması, əmək məhsuldarlığının artırılması və işlərin maya dəyərinin aşağı salınması sahəsində tədbirlərin görülməsi;
dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin, ümumcoğrafi, siyahı-inzibati və digər kartoqrafik məlumatlar bankının yaradılmasını təmin etmək;
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ehtiyacları üçün müxtəlif miqyaslı topoqrafik xəritələrin nəşri;
tədris proqramlarına uyğun xəritə və atlasların, kontur xəritələrinin və başqa dərs vəsaitlərinin tərtibatı, nəşri və satışının təşkili;
tələbata uyğun olaraq inzibati, fiziki, relyef və müxtəlif tematik xəritə və atlasların və digər kartoqrafik məhsulların tərtibatı, nəşri, satışının təşkili, fiziki və hüquqi şəxslərin sifarişləri ilə kitab, jurnal, buklet, qəzet, plakat, barelyef, yarlıqlar və s. hər növ nəşrlərin, mövcud qanunvericiliyə uyğun qiymətli kağızların, aksiya, lotoreya biletlərinin və ciddi hesabat blanklarının çapını həyata keçirmək;
geodeziya, fotoqrammetriya, kartoqrafiya və poliqrafiya sahəsində mövcud olan normativ-texniki sanədlər əsasında cəmiyyətin fəaliyyətində istifadəsi zəruri olan normativ-texniki sanədlərin layihələrinin hazırlanması;
geodeziya və kartoqrafiya fondunun xəritə materialları ilə mütəmadi şəkildə təminatı;
yeni texnika və texnologiyanın istehsalatda tətbiqi işlərinin həyata keçirilməsi məqsədilə iş normalarının layihələrinin hazırlanması və təsdiq üçün nazirliyə təqdim edilməsi;
mövcud qanunvericiliyə uyğun olaraq rüblük və illik hesabatların (istehsalat, təsərrüfat və maliyyə fəaliyyəti haqqında) tərtib edilməsi və müəyyən edilmiş müddətlərdə aidiyyəti qurumlara təqdim olunması;
işçi potensialının düzgün seçilməsi və yerləşdirilməsi, işçilərin maddi cəhətdən həvəsləndirilməsinin, habelə əmək qanunvericiliyinə və əməyin mühafizəsinə düzgün əməl olunması, texniki peşə vərdişlərinin artırılması məqsədilə təlimlərin təşkil edilməsi;
qanunvericilikdə qadağan olunmayan digər işlərin həyata keçirilməsi.
Əlaqə Üçün e-poçt: kama-aliyeva-1988@mail.ru