Image placeholder

“Zaman Sığorta və Təkrarsığorta üzrə Broker” MMC

“Zaman Sığorta və Təkrarsığorta üzrə Broker” MMC (“Zaman”) regionun lider sığorta broker şirkətidir. Şirkət məhdudiyyətsiz lisenziya əsasında fəaliyyət göstərir və bütün sığorta növləri üzrə xidmətlər təklif edir. Bununla belə, Zamanın əsas fəaliyyət istiqaməti enerji (neft-qaz) risklərinin sığortasıdır. Belə ki, Zaman Xəzər dənizində yerləşən bütün böyük platformaların, o cümlədən ölkənin əsas neft-qaz boru kəmərlərinin, həm Azərbaycanda həm də ölkədən kənarda yerləşən bir sıra terminalların, neftayırma zavodlarının və digər qurumların sığorta risklərinin beynəlxalq bazarda yerləşdirilməsində iştirak edir. Bundan başqa Zaman xarici neft-qaz servis şirkətlərinin Azərbaycandakı nümayəndəliklərinə müxtəlif növ sığorta xidmətləri təqdim edir. 

Zaman MDB regionunda ilk və yeganə Lloyds Brokeridir ki, bu da Zamana dünyanın ən böyük sığorta bazarı olan Lloydsa birbaşa giriş imkanı verir. Qeyd etmək lazımdır ki, hal-hazırda dünyada yalnız 301 Lloyds Brokeri var. 

Daha ətraflı məlumat almaq üçün şirkətin internet səhifəsinə - www.zamanbroker.com – daxil ola bilərsiniz.