Image placeholder

Azərbaycan Standartlaşdırma İnstitutu

Hədəfimiz:

Ölkədə milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına, məhsulların təhlükəsizliyinin, keyfiyyətinin, rəqabətqabiliyyətinin və ixrac potensialının artırılmasına nail olmaqdır.

Məqsədimiz:

- məhsul və xidmətlərin sərbəst hərəkəti üçün şərait yaradılması;

- beynəlxalq ticarətdə lüzumsuz texniki maneələrin aradan qaldırılması;

- daxili və xarici bazarda rəqabətə davamlılığı artırmaq məqsədi ilə məhsullar, xidmətlər və personalın təkmilləşdirilməsi;

- resurslara (xammala) qənaət olunması və mallara çəkilən istehsal xərclərinin azaldılması;

- məhsulun keyfiyyətinin və xidmət səviyyəsinin, personalın səriştəliliyinin yüksəldilməsi;

- istehlakçıların məhsul və xidmətlərin keyfiyyətinə dair etibarın formalaşdırılması və onların aldadılması hallarının qarşısının alınması;

- regional və beynəlxalq standartlaşdırmaya münasibətdə milli iqtisadiyyatın maraqlarının əks etdirilməsi;

- innovasiyaların səmərəli tətbiqinin və yüksək texnologiyalı malların istehsalının dəstəklənməsi üçün yüksək keyfiyyətli standartların hazırlanmasından ibarətdir.

Məqsədimizə nail olmaq üçün biz aktiv şəkildə Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO), Beynəlxalq Elektrotexnika Komissiyası (İEC), Avropa Standartlaşdırma Komitəsi (CEN) və digər beynəlxalq və regional standartlaşdırma təşkilatları və xarici ölkələrin milli standartlaşdırma orqanları ilə sıx əməkdaşlıq edirik.