Image placeholder

Azerconnect

Azerconnect Azərbaycan Respublikasının dinamik şəkildə inkişaf edən informasiya, kommunikasiya və yüksək texnologiyalar sahələrində beynəlxalq standartlara uyğun müxtəlif  xidmətlər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir.

Şirkət 2013-cü ildə təsis edilib. Azerconnect şirkəti hazırda dünyanın qədəm qoyduğu dördüncü sənaye inqilabı (Sənaye 4.0) və bu inqilabın əsasını təşkil edən rəqəmsallaşma, rəqəmsal transformasiya, ümumilikdə isə rəqəmsal qloballaşma prosesləri fonunda dünyada mövcud trendləri yaxından izləyir və öz fəaliyyətində qabaqcıl dünya təcrübəsini tətbiq edir.

Şirkət Azərbaycanın İKT bazarında fəaliyyət göstərən şirkətlərə keyfiyyət göstəricilərinin artırılmasına və xərclərin optimallaşdırılması imkan verən texniki, informasiya texnologiyaları, eləcə də digər istiqamətlər üzrə optimal həllər təklif edir. Qeyd edək ki, İKT sahəsində Azərbaycanda ilk dəfə Azerconnect şirkəti tərəfindən təqdim olunan bu xidmətlər qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla ABŞ, Avropa Birliyi ölkələri daxil olmaqla bir çox inkişaf etmiş ölkələrdə geniş tətbiq olunmaqdadır.

Peşəkar və təcrübəli işçi heyətinə sahib olan şirkətdə 1400-ə yaxın yerli və xarici mütəxəssis çalışır.

Öz fəaliyyətində müştəriyönümlülük, təşəbbüskarlıq, yenilikçi yanaşma, innovasiyaların tətbiqi kimi prinsipləri rəhbər tutan şirkət günü-gündən sürətlə dəyişən rəqəmsal dövrün nəbzini tutaraq təqdim etdiyi xidmətlərin çeşidini, həlləri və biznes prosesləri təkmilləşdirir.

Azerconnect şirkətinin missiyası korporativ müştərilərin çeşidli istək və ehtiyaclarının zamanında qarşılanmasına yönəlmiş yenilikçi və çevik həllər təqdim etməklə tam əhatəli, mərkəzləşdirilmiş xidmətlər göstərmək, biznes prosesləri daim təkmilləşdirmək, İKT və yüksək texnologiyalar bazarında etibarlı tərəfdaş olmaqdır.

Azerconnect şirkəti Xəzər Enerji Klubunun (Caspian Energy Club) qızıl statuslu, Azərbaycandakı Amerika Ticarət Palatasının (AMCHAM) isə daimi statuslu üzvüdür.

Azerconnect müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. NEQSOL Holding-in tərkibində olan şirkətlərin fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.

E-poçt: recruitment@azerconnect.az