Image placeholder

ACE Group Consultants

ACE Group Consultants Enerji səmərəliliyi, Bərpa olunan enerji, Tullantıların idarə olunması, digər ətraf mühit layihələri kimi texniki yardım layihələrindən biznes subyektləri üçün birbaşa dəstəyə qədər geniş əhatəli mövzular üzrə dövlət və özəl təşkilatlar üçün konsaltinq xidmətləri göstərir.

Məqsədimiz sifarişçinin tələblərinə cavab vermək, və onların biznesinin inkişafına dəstək olmaqla gözləntilərini aşaraq yüksək keyfiyyətli konsaltinq xidmətləri göstərməkdir.

ACE Group Consultants yüksək peşəkarlığı və səmərəliliyi ilə ümumi məqsədə nail olmağa çalışan, sifarişçiyə ən yüksək keyfiyyətli məhsul təmin edən təcrübəli ekspertlərdən ibarət komandası tərəfindən görülmüş yüksək keyfiyyətli iş sayəsində peşəkar, etibarlı və səmərəli şirkət olaraq ciddi nüfuz qazanmışdır.

Biz Azərbaycanda ətraf mühit, iqtisadi, maliyyə, sosial məsələlər, eləcə də institusional təkmilləşmə və bacarıqların artırılması sahəsində araşdırmalar daxil olmaqla, Aİ, Dünya Bankı, AİB və digər beynəlxalq institutlar tərəfindən maliyyələşdirilən mürəkkəb texniki yardım layihələrinin icrasında yer alan çoxsaylı institusional müştərilərə xidmət göstəririk.

ACE-in layihə xidmətlərinin əsasında layihələrin idarə edilməsinin bütövlükdə hüquqi və texniki təcrübə ilə birləşdiyi, bununla da layihənin uğurla həyata keçirilməsi üçün tələb olunan bacarıqların matrisasını formalaşdıran konsultasiya xidmətləri üzrə müqavilələr durur.

Bizim bisnes sahəsində konsultasiya və İR autsorsinq xidmətlərimiz yerli və xarici şirkətlərə öz fəaliyyətlərini qurmağa və müvafiq qaydada icra etməyə kömək edir.