Image placeholder

FreshAir Mechanical Engineering LLC

10 İLDƏN ARTIQDIR Kİ, GETDİYİNİZ MƏKANLARI HAVALANDIRIRIQ. Biz hər zaman yuxarı baxırıq. Yuxarı baxırıq ki, müştərilərin daxil olduğu məkanlarda özlərini komfortlu və təhlükəsiz hiss etmələri üçün mühəndislik həlləri təklif edək. Bu gün FreshAir Mechanical Engineering MMC şirkəti olaraq yerli bazarda müştərilərin isti havalarda sərinliyə, soyuq havalarda isə istiliyə olan ehtiyacını qarşılamaq üçün çalışırıq. Yerli bazarda mövqe tutmaq və markalaşmağımıza təkan verən amillər insan kapitalı və texnologiyaya etdiyimiz davamlı yatırımlardır.