Image placeholder

eManat

Modenis MMC 2012-ci ilin sentyabr ayında fəaliyyətə başlamış və 2013-cü ilin martın 5-də eManat brendi ilə Azərbaycan ödəniş bazarına daxil olmuşdur. Şirkət hazırda özünəxidmət nağd ödəniş terminalları şəbəkəsini elektron idarə edir.

Hazırda ödəniş terminalları şəbəkəsinə Bakı/Abşeron/Sumqayıtda 2500-dən artıq, bütün ölkə ərazisində isə 3000-dən artıq terminal daxildir.

eManat ödəniş terminalları vasitəsilə 200-dən artıq xidmət təminatçısının xeyrinə kommunal xidmətlər, mobil rabitə, telefon, internet, kabel televiziyası, əyləncə, bank və s. ödənişlər etmək mümkündür. Bu baxımdan şirkət terminalları istifadəçilərə 360 dərəcəli ödəniş imkanları təqdim edir.