Image placeholder

Turan Drilling & Engineering Company

Turan Drilling & Engineering Company qlobal qazma və mühəndislik podratçısı olan KCA Deutag və inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən SOCAR AQS şirkətləri tərəfindən təsis edilmiş birgə müəssisədir.
Biz hər iki şirkətin Xəzər Bölgəsindəki uzun müddətli fəaliyyət tarixcəsini özünəməxsus şəkildə cəmləşdirməklə, beynəlxalq neft və qaz sənayesində 130 ildən çox təcrübəsi olan yerli bir şirkət olaraq qazma və mühəndislik xidmətləri təklif edirik.
Mükəmməl iş göstəricisi təklif etdiyimiz ən başlıca amildir. Biz bölgənin qabaqcıl qazma və mühəndislik podratçılarından biriyik və bizim həvəslə çalışan işçi heyətimiz fəaliyyətdə olduğumuz hər bir qazma qurğusunda yüksək səviyyəli iş göstəricisi nümayiş etdirə bilməyimiz üçün təhlükəsizlik texnikası və iş göstəricilərini həmişə ön planda tutaraq daim gördüyümüz işin keyfiyyətini yaxşılaşdırma yollarının axtarışdadır
Sənayedə əməyin mühafizəsi və təhlükəsizliyi texnikası üzrə öndə gedən göstəricilərimizi qoruyub saxlamaq və ardıcıl olaraq yüksək nəticələr əldə edə bilməyimiz üçün prosedurlarımızı, təhlükəsizlik üsullarımızı və təşəbbüslərimizi daim nəzərdən keçiririk.
Təcrübəli komandamız uğurlarımızın əsasıdır və KCA Deutag ilə SOCAR AQS-in birgə müəssisəsi kimi, KCA Deutag qrupunun Əsas Dəyərləri və KCA Deutag İş Üsulu bizim korporativ mədəniyyətimizi formalaşdırır. Onlar işçilərimizin davranışını və şirkət olaraq necə işləməli olduğumuzu müəyyənləşdirir.
Həmçinin, bu dəyərlər, illərlə əməkdaşlıq etiyimiz müştərilərimiz, təchizatçılarımız və tərəfdaşlarımızla münasibətlərimizin əsasını təşkil edir.
Biz Bakıda fəaliyyət göstərərək Azərbaycan vətəndaşlarının məşğulluğu və inkişafı, eləcə də yerli xidmətlərdən istifadə yolu ilə yerli cəmiyyətə investisiya qoyuruq.
Turan Drilling & Engineering Company yüksək texniki xüsusiyyətli yeddi dəniz kiber qurğusunu Bakıdakı baş ofisindən idarə edir. Dərin və yüksək təzyiqli quyularda göstərdiyimiz qazma əməliyyatları xüsusi yanaşma tələb edir və biz bu tələbləri illər ərzində müvəffəqiyyətlə yerinə yetirməyimizlə fəxr edirik.
Turan Drilling & Engineering Company müxtəlif vakansıyalar üçün daim təcrübəli mütəxəssis axtarışındadır.