2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. Biz investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edirik. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə - aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycan iqtisadiyyatının müxtəlifliyinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir.PAŞA Bank bu gün 800 nəfərdən çox ixtisaslı əməkdaşın daxil olduğu beynəlmiləl komandadır. Biz Bankın ən iri regional maliyyə təşkilatlarından birinə çevrilməsi üzərində hər gün işləyirik və artıq bu gün dünya səviyyəli məhsul və xidmətlər təklif edirik. Biz Azərbaycanda iri investisiya holdinqi olan, o cümlədən sığorta, tikinti, tikinti materialların istehsalı, turizm və biznesin digər istiqamətlərində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsiyik. Azərbaycanın ən gənc, eyni zamanda ən iri banklarından biri olaraq, biz daim "əlimizi" maliyyə və texnoloji dəyişikliklərin "nəbzində tuturuq", bazarın müasir tendensiyaları ilə ayaqlaşmaqla, müştərilərimizin üstünlük verdikləri məsələlərdə məmnuniyyəti daha da artırmaq üçün beynəlxalq təcrübəni və ən yeni texnologiyaları inamla mənimsəyirik.