Cənubi Qafqazın ən böyük və müasir metallurgiya müəssisəsi olan "Baku Steel Company" QSC ağır sənayenin Azərbaycanda inkişafında əsas rolu olan qabaqcıl poladəritmə və yayma xətlərinə malik şirkətdir.
“Baku Steel Company” QSC hazırda yüksək keyfiyyətdə armatur, katanka (məftil), dairəvi çubuqlar, tikişsiz borular, kvadrat və dairəvi pəstahlar, habelə çeşidli fasonlu tökmələr istehsal edir.
20 ildən artıq fəaliyyəti dövründə, nəinki Azərbaycanın, bütün regionun tanınmış brendinə çevrilən “Baku Steel Company” QSC-nin məhsulları yerli bazarda böyük tələbatla satılmaqla yanaşı, Avropa, Amerika və Asiyanın, ümumilikdə, 20-dən çox ölkəsinə ixrac olunur.
2022-ci ilin oktyabr ayında isə “Baku Steel Company” QSC dünya metallurqlarının nüfuzlu beynəlxalq təşkilatı hesab edilən “World Steel Association”a (Dünya Polad Assosiasiyası) müntəzəm üzvlüyə qəbul olunub.