Məqsədimiz Bağlantını asanlaşdırır, Həyatı daha dolğun edirik Azercell fəaliyyətə başladığı 1996-cı ildən etibarən Azərbaycanın mobil kommunikasiya sektorunda yeni səhifə açmışdır. Azərbaycanın ən böyük mobil operatoru olan Azercell həmçinin ölkənin qeyri-neft sektorundakı ən böyük vergi ödəyicisidir. Azercell olaraq daim özümüzü inkişaf etdirməyə inanmışıq, buna görə də dünyanın ən qabaqcıl şəbəkə sistemlərindən olan 5G şəbəkəsinin pilot layihəsini Azərbaycanda ilk dəfə biz öz abunəçilərimizə təqdim edirik. Strategiyamızın dörd sütunu: Azərbaycanın ən qabaqcıl telekommunikasiya şirkəti olmaqda davam etmək Fəaliyyətimiz boyu müştərini diqqət mərkəzində saxlamaqla etibar qazanıb davamlı inkişaf perspektivlərini təmin etməyə çalışırıq. Məqsədimiz daha qabaqcıl müştəri xidmətlərini həyata keçirmək və daha geniş spektrli innovativ məhsullarla çıxış etməkdir. Daha yüksək dəyər yaradaraq telekommunikasiya sahəsinin inkişafını sürətləndirmək Müştərilərimizə rahat həllər və kəsintisiz bağlantı təklif etməyə fokuslanırıq. Abunəçilərimizi məhdudiyyətsiz imkanlar yaradacaq texnoloji gələcəyə yaxın etməyə can atırıq. Həyatı zənginləşdirmək üçün innovasiyalara şərait yaratmaq Davamlı rəqəmsal inklüzivliyə təkan verərək üstünlüyə sahib tam spektrli xidmət təminatçısına çevrilmə niyyətindəyik. Azərbaycanın ən arzu olunan iş yerlərindən biri olmaq Məqsədimiz yüksək fəaliyyət nəticələri və innovativ yanaşma tərzini təmin etməyə imkan verəcək bir mühitin yaradılmasıdır. Biz mükəmməllik və davamlı yüksəlişə can atan istedadlı və sadiq insan kapitalını cəlb edərək onun inkişafına zəmin yaratmağa davam edəcəyik. Azərbaycanın aparıcı mobil operatoru Coğrafi və demoqrafik əhatə dairəsi və bazar payı baxımından şəksiz lider. Coğrafi əhatə dairəmiz - 94.4% Əhali üzrə əhatə dairəmiz - 99.8% Bazar payımız - 49.0% Müştəri bazamız - 5.0M İnnovasiya İnnovativ rəqəmsal həllər təqdim edən yenilikçi şirkətik Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Daima yenilənən vakansiyalar haqqında məlumatları https://www.azercell.com/az/company/career/vacancies/ saytından əldə edə bilərsiz.