Image placeholder

Schlumberger

Schlumberger – neft və qaz sənayesində texnologiyaların və xidmətlərin təmin edilməsi üzrə dünyanın aparıcı təchizatçısı sayılır. Dünyanın 120-dən artıq ölkəsində 170-dən çox milləti təmsil edən işçiləri ilə Schlumberger şirkəti, kəşfiyyatdan başlayaraq hasilata qədər, sənayenin ən geniş və müxtəlif çeşidli məhsul və xidmətlərini təmin edir. Nəzərinizə çatdırırıq ki, namizədin hansı vəzifə üzrə işə qəbul edilməsi - onun bilik və bacarıqlarından, işə olan marağından və həmin vaxt  iş üçün uyğunluğundan asılıdır. Məzunlar, Şirkətin internet səhifəsinə - www.schlumberger.vcv.ru daxil olaraq işə qəbulun ilkin mərhələsinə onlayn şəkildə müraciət edə bilərlər. Həmçinin, universitetin 3-cü və 4-cü kurs tələbləri, məzunları öz CV-lərini cagrecruiter@slb.com elektron poçt ünvanına göndərə bilərlər. Daxil olan CV-lər məlumat bazasına daxil ediləcək və namizədə uyğun vakansiyalar olduğu halda, dəyərləndiriləcəkdir.