25 ildən artıq bir zamanda Azərbaycanda Distribüter şirkəti kimi fəaliyyət göstərən “Veysəloğlu” MMC gündəlik tələbat malları sektorunda ölkəmizə və onun iqtisadiyyatına xidmətləri ilə fayda verməkdədir. Şirkət 100-dən çox dünya brendinin Azərbaycan daxilində distribüterliyini həyata keçirməkdə və hər zaman başlıca məqsəd olaraq istehlakçıları sağlam və yüksək keyfiyyətli ərzaq və qeyri-ərzaq məhsulları ilə təmin etməkdir.
Bununla yanaşı şirkət şəxsi markalarının inkişafına da önəm verməkdə davam edir. Gündəlik istehlak malları kateqoriyası üzrə QİDAM markası duru yağ, dondurulmuş toyuq, quru qida, şəkər, ədviyyat və s ilə istehkalçılara təqdim edilir. Eyni zamanda şirkət bir Kərə yağı, Gigiyenik vasitələr, çörək və un məmulatları həmçinin şirniyyat və s istehlak məhsullarının yerli bazarda təqdim edilməsi üzrə strateji çalışmalar etməkdədir.
“Veysəloğlu” MMC olaraq şəxsi markaların isetahsalı və qablaşdırılması Türkiyə, Avropa həmçinin, MDB məkanında fəaliyyət göstərən dünya standartlarına cavab verən qida fabriklərində həyata keçirilir.
Əlavə olaraq Qeyd edək ki, distribüterliyini təşkil etdilən bütün qida məhsulları ölkəyə daxil olunarkən, Gömrük nəzarət qaydalarına riayət edilməklə yanaşı, hər bir partiyadan götürülümüş nümunələrin satışa yararlılığını yoxlayan testlər də keçirilir. Bütün məhsullar AQTA tərəfindən verilən uyğunluq sertifikatı ilə satışa təqdim edilir.