Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. SOCAR-ın tərkibində 3 istehsalat birliyi, 1 neft və 1 qaz emalı zavodu, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla hüquqi şəxs statusuna malik 23, qeyri-hüquqi şəxs statusuna malik 4 qurum fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində mövcud vakansiyalara müraciət etməklə siz SOCAR ailəsinə qoşulmaq şansı qazanırsınız. Vakansiyalara müraciət etməzdən öncə vakansiyanın təsvirinin tələblərini diqqətlə oxuyun. Vakansiyanın təsvirini diqqətlə incələnməsi sizdə işin xüsusiyyəti haqqında ilkin bilikləri formalaşdıracaq. Vakansiyaya müraciət edərkən müraciət formasında bütün xanaların dolğun və düzgün məlumatla doldurulduğundan əmin olun.