İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir. Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk. Bizim əsas fərqimiz hər bir problemin həllinə fərdi yanaşmaqdır. Tam şəffaflıq və şəxsi məsuliyyət prinsipini müasir korporativ mədəniyyətinə tətbiq etməyə çalışırıq. Yelo ailəsinə Sən də qoşul, çünki burada hər işçimizə qarşı inkişaf, təşviq və dostluq münasibətlərinin qurulmasının tərəfdarıyıq.
İnsan resurslarının idarəetmə siyasətinin əsas prinsipləri və metodları: