Image placeholder

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

Hal-hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi internet səhifəsinin (www.ady.az) Karyera bölməsində 13 aktiv vakansiya elanı mövcuddur və vakansiyalar mütəmadi olaraq yeniləndiyi üçün bu say sabit qalmaya bilər. Qeyd etdiyimiz mövcud vakansiyalar - Elektrik təsərrüfatı (3 vakansiya), Yük və kommersiya (1 vakansiya), İnformasiya texnologiyaları (1 vakansiya), mühafizə (3 vakansiya) və digər sahələr üzrə mütəxəssis və fəhlə kateqoriyalı namizədlərin axtarışını təmin etmək üçün paylaşılmışdır. Hazırda elanda olan mövcud vakansiyalar arasında Rəqəmsal transformasiya layihəsi üzrə ödənişli Təcrübə proqramı da vardır ki, namizədlikləri uyğun olan, təcrübə əldə etmək istəyən gənc, fəal namizədlər həmin ödənişli təcrübə proqramına müraciət edə bilərlər.
Həmçinin qeyd etmək istərdik ki, yaxın günlərdə İnsan resursları sahəsi üzrə Bakı və Bakıətrafı ərazilərdə rəhbər və mütəxəssis kateqoriya olmaqla 14, müxtəlif regionlarda isə mütəxəssis kateqoriya olmaqla 6 vakansiya elanlarının paylaşılması nəzərdə tutulmuşdur.
Respublikasının Prezidenti İlham Əliyev 6 iyul 2010-cu ildə "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalanmışdır. Sərəncam bu sahənin inkişafını təmin edəcək ən mühüm sənəddir. Proqramda Azərbaycan dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən bütün məqamlar öz əksini tapıb. Vaqon və lokomotv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr Dövlət Proqramının icrası üçün Tədbirlər Planında öz əksini tapmışdır.
Dövlət Proqramının əsas məqsədi əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə artan tələbatının və dövlətin müdafiə ehtiyaclarının təmin olunması, Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini və onun ölkənin sosial-iqtisadi tərəqqisində daha fəal iştirakını təmin etməkdir.
https://career.ady.az/