“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən qurumdur. Səhmdar Cəmiyyət suyun mənbələrdən götürülməsi, emalı, nəqli və satışını təşkil edir, tullantı sularının təmizlənməsini həyata keçirir. Sutəmizləyici qurğuların, anbarların, nasos stansiyalarıın, su kəmərlərinin, kanalizasiya kollektorlarının layihələndirilməsi, inşası, istismarı ilə məşğul olur, onlara texniki xidmət göstərir.
“Azərsu” ASC ölkə üzrə 1598081 abunəçiyə su təchizatı və kanalizasiya xidməti göstərir. Bunların 1536425-i əhali, 61656-sı isə qeyri-əhali abunəçiləridir.
Cəmiyyətin balansında 20000 km uzunluğunda su, 5000 km uzunluğunda kanalizasiya və yağış suları xətləri vardır.
Hazırda respublikanın şəhər və rayonlarının su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması layihələri icra olunur. İşlər dövlət vəsaitləri və beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına maliyyələşdirilir.
01 yanvar 2020-сi il tarixə "Azərsu" ASC üzrə işçi sayı 13600 nəfərdir.