AAC MMC
``AAС`` MMC - Azərbaycanda müasir məsaməli hörgü blokları və yüksək keyfiyyətli əhəng istehsalına böyük sərmayə yatırmış Azərbaycan şirkətidir. AAC zavodu Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində 10 hektar ərazidə yerləşir və bütün zəruri infrastrukturdan ibarətdir. 26 dekabr 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə ``AAC`` Müasir tikinti materialları zavodunun rəsmi açılışı keçirilmişdir. Bununlada ``AAC`` Müasir tikinti materialları zavodu Qafqaz regionunda məsaməli beton bloklarını istehsal edən ilk zavod kimi tarixə düşmüşdür.