Image placeholder

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11.10.2021-ci il tarixli 1464 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılmışdır.Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2006-cı il tarixli müvafiq Sərəncamı ilə dekabrın 6-sı ölkəmizdə rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Artıq bu il Azərbaycanda telefon rabitəsinin yaradılmasından 140 il ötür.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Ən fəal dövlət orqanı” seçilib.Nazirlik sentyabr – noyabr 2021-ci il üzrə Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) ilə əməkdaşlıq edərək vətəndaşların müraciətlərini operativ şəkildə həll etdiyi üçün təltif olunub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatında dövlət qulluğu vəzifələrinin tutulması Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqə və (və ya) müsahibə yolu ilə aparılır. Əlavə məlumatı Mərkəzin saytından əldə etmək mümkündür.