Məlumat Hesablama Mərkəzi haqqında məlumat
Nazirlər Sovetinin 07.12.1973-cü il 401 (b.6) saylı qərarı və Rabitə Nazirliyinin 05.07.1974-cü il tarixli 140 saylı əmrinə əsasən təsis edilib.
İSO 9001:2008 və İSO 27001:2013 (İSO 27001:2005-2014) beynəlxalq sertifikatlarına malikdir, “Microsoft” şirkətinin Gümüş tərəfdaşıdır.
Son illər İKT-nin ölkəmizdə inkişafı ilə bağlı Məlumat Hesablama Mərkəzinin də fəaliyyət sahələri genişlənib. Hazırda Mərkəzin fəaliyyət sahəsi informasiya texnologiyalarının bütün istiqamətlərini əhatə edir.
• Müasir billinq sistemlərinin layihələndirilməsi və istismarı;
• Açıq Məlumatlar Portalı;
• Elektron imza texnologiyaları və xidmətlərinin inkişaf etdirilməsi;
• Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imzanın tətbiqi;
• "Smart Pay" ödəmə sistemi;
• "AzDataCom" – məlumatların ötürülməsi şəbəkəsinin idarə olunması;
• Sellülar (mobil) nömrə satışı üzrə vahid informasiya sistemi;
• Mobil Cihazların Qeydiyyat Sistemi;
• Nömrə Daşınma Xidməti;
• İnnovativ həllər və proqram təminatlarının hazırlanması və tətbiqi;
• Şəbəkə infrastrukturunun idarə edilməsi.
Hazırda vakansiya elanı verilmədiyinə baxmayaraq qeyd etdiyimiz sahələr üzrə marağı olan və bu sahələr üzrə öz bilik və bacarığına güvənən tələbələrə (proqramçılara, inzibatçılara üstünlük verilir) etimad göstərməyə hazırıq