“AFB Bank” Açıq Səhmdar Cəmiyyəti - 28 noyabr 2008-ci il tarixində Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziya almış və öz fəaliyyətinə 16 fevral 2009-cu ildən etibarən başlamışdır.
Azərbaycan bank bazarının subyektlərindən biri kimi “AFB Bank” Açıq Səhmdar Cəmiyyəti ölkə iqtisadiyyatını və hökümətimizin monetar siyasətini dəstəkləməklə yanaşı, daimi dinamik inkişafa hədəflənmiş səmərəli və təmkinli, az riskli və ölçülü fəaliyyətə üstünlük verir. Bankın fəaliyyət müddəti zamanla məhdudlaşmır. Bank Azərbaycan Respublikasının Mərkəzi Bankından aldığı bank lisenziyasında qadağan edilməyən bütün fəaliyyət növləri ilə məşğul olur.Bankımızın missiyası daimi yerləşən innovative məhsul və xidmətlərin hər bir müştəriyə fərdi yanaşma prinsipi ilə yüksək peşəkarlıqla təqdim etməklə, onlarla uzun müddətli əməkdaşlıq qurmaq və cəmiyyətin inkişafına tövhvə verməkdir.