Image placeholder

“ABB” ASC

“ABB” ASC 1992-ci ilin 10 yanvarında tam səhmdar cəmiyyət tipli bank kimi fəaliyyətə başlayıb. Bankın Baş ofisi Bakıda yerləşir. ABB hazırda aktivlərinin həcminə, müştəri bazasına və beynəlxalq əməliyyat portfelinə görə Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biridir. Azərbaycanın müxtəlif regionlarını əhatə edən 59 filial və 19 şöbəsi ilə bank fərdi və korporativ müştərilərə universal bank xidmətləri göstərir. Bankın xidmət etdiyi hüquqi şəxslərin sayı 18 000-ə yaxın, fiziki şəxslərin sayı isə 2.2 milyondan çoxdur. Bankda 2 700-dən çox işçi çalışır.

“Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanına əsasən “ABB” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

Missiyamız

  • Maliyyə xidmətlərini hər kəs üçün əlçatan və əlverişli edərək;
  • Ən qabaqcıl təcrübə və yenilikləri gətirərək;
  • Biznes və insan kapitalını dəstəkləməklə ictimaiyyətimizi gücləndirərək;
  • Azərbaycan iqtisadiyyatının inkişafına və dünyaya inteqrasiyasına töhfə verərək

Müasir universal maliyyə qrupu kimi müştərilərimizin maliyyə ehtiyaclarını təmin etməkdir.

Strateji baxışımız

  • Müştərilərimizə üstün keyfiyyətli xidmət göstərməklə;
  • İstedadlı və peşəkar liderlər üçün ən arzuolunan işəgötürən olmaqla;
  • Səhmdarlarımıza ən yüksək mənfəət qazandırmaqla;
  • Ən yüksək korporativ idarəetmə standartlarını tətbiq etməklə;
  • Rəqəmsal gələcək üçün ən güclü tərəfdaşlıq yaratmaqla

Cənubi Qafqazda aparıcı universal maliyyə qrupu olmaqdır.