“Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ
Azərbaycan Akkreditasiya Mərkəzi, uyğunluğu qiymətləndirən qurumların (sınaq və kalibrləmə laboratoriyalarının, məhsulların, işlərin, xidmətlərin sertifikatlaşdırılması orqanlarının, şəxslərin sertifikatlaşdırılması orqanlarının, inspeksiya orqanlarının, idarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanlarının və etalon material istehsalçılarının) akkreditasiyasını “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa və beynəlxalq standartların tələblərinə uyğun olaraq həyata keçirir.