Hörmətli ___________________________!

     Azərbaycan Dövlət Neft və Sənaye Universiteti PHŞ-nin 25-26 aprel 2024-ci il tarixində “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının yaranmasının 60 illik yubileyinə həsr olunmuş “Makromolekullu birləşmələr texnologiyasının müasir problemləri” mövzusunda Beynəlxalq elmi-texniki konfrans keçiriləcək.
     Konfransın əsas məqsədi – yerli, xarici təhsil və sənaye nümayəndələrinin ünsiyyət qurması, təcrübə mübadiləsinin aparılması, həmçinin yeni əlaqələrin müəyyən edilməsi və köhnə əlaqələrin möhkəmləndirilməsi, kimya və qida mühəndisliyinin inkişafının müasir mərhələsində ən perspektivli elmi istiqamətlərinin işıqlandırmasıdır.
     Konfransın elmi proqramında aşağıdakı bölmələr üzrə üç dildə (azərbaycan, rus və ingilis) plenar, şifahi və stend məruzələrinin dinlənilməsi planlaşdırılır.
     Konfransın işində Sizin əməkdaşlarınızın aktiv iştirakına ümid edirik.

Konfransın bölmələri:
I. Kompozit materialların hazırlanması və tətbiqi
II. Makromolekullu birləşmələrin müasir sintez üsulları
III. Üzvi sintezdə innovativ yanaşmalar
IV. Ətraf mühit və sağlam qida

Konfrans materialları (tezislər) azərbaycan, rus və inglis dillərindən birində, A4 formatda, elektron formada qəbul olunur.
Tərtib qaydaları www.mpmc-conf.asoiu.edu.az saytda SUBMISSIONS bölməsində verilib.
Konfrans materiallarının təqdim olması qaydaları:
1. konfransın saytına daxil olmaq www.mpmc-conf.asoiu.edu.az
2. iştirak formasını və bölmənin adını qeyd edərək Qeydiyyat formasını doldurmaq;
3. tezisin nümunəsini saytdan yükləyib, təqdim olunan materialı tələblərə uyğun tərtib etmək;
4. mpmc-conf@asoiu.edu.az e-maila göndərmək:
     - doldurulmuş qeydiyyat formasını;
     - material (tezis);
Qeydiyyat forması, tezis və məqalə nümunəsi qoşma 1, 2 və 3 verilib. Qoşmaları yüklə

     Təqdim olunan məruzələrə görə bütün məsuliyyəti müəlliflər özü daşıyır. Təşkilat Komitəsi göndərilmiş materialların seçilmə və qəbul olunma hüququnu özündə saxlayır.
     Tezis və məqalə materiallarının qəbulu 15.12.2023-10.03.2024-ci il tarixlərində davam edəcək.
     Konfransın materiallarına əlavə olaraq seçilmiş əsərlər Web of Science və Scopus jurnallarının birində nəşr olunacaq.

Əlaqə məlumatları:
www.mpmc-conf.asoiu.edu.az
tel: (+99412) 493 16 72

Əlaqələndirici şəxs:
Rəhimova-Şükürova Firəngiz
tel: mob: (+994) 51 597 31 05
mpmc-conf@asoiu.edu.az