Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Publik Hüquqi Şəxsi 2025/2026-cı tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla qiyabi formada təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir:
050611 | “Geologiya və geofizika mühəndisliyi” |
050506 | “Geologiya” |
050631 | “Neft-qaz mühəndisliyi” |
050617 | “İnşaat mühəndisliyi” (dəniz neft-qaz qurğuları tikintisi) |
050621 | “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi” |
050624 | “Mədən mühəndisliyi” |
050614 | “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” |
050618 | “Kimya mühəndisliyi” |
050628 | “Mexanika mühəndisliyi” |
050607 | “Elektrik və elektronika mühəndisliyi” |
050608 | “Energetika mühəndisliyi” |
050509 | “Kompüter elmləri” |
050616 | “İnformasiya texnologiyaları” |
050405 | “İqtisadiyyat” |
050408 | “Menecment” |
050402 | “Biznesin idarə edilməsi” |
Təkrar ali təhsil üzrə sənədlərin qəbulu AR Elm və Təhsil Nazirliyinin portal.edu.az saytında qeydiyyat başlandığı tarixdən qeyd olunan son tarixə qədər davam edəcək.
Təkrar ali təhsil almaq istəyənlər elektron qaydada portal.edu.az vasitəsilə “Əlavə təhsilə elektron sənəd qəbulu xidməti” bölməsinə şəxsi məlumatları daxil etdikdən sonra “Əlavə” sənədlər bölməsinə aşağıda qeyd olunanları yükləməlidirlər:
- Ali təhsil haqqında sənədin diplom və diploma əlavənin surətləri
Elektron qeydiyyatdan keçdikdən sonra müraciətçilər, şənbə və bazar günlərindən başqa saat 10.00-dan 16.00-dək Universitetin əsas binasına gələrək Qəbul Komissiyasına aşağıda qeyd olunmuş sənədləri rəsmi qaydada təqdim edir və ilkin baza təhsilindəki tədris proqramı ilə almaq istədiyi ixtisas üzrə baza təhsilinin tədris proqramı arasındakı fərqdən asılı olaraq təkrar ali təhsil almaq hüququnu qazanırlar.
• Universitet rektorunun adına ərizə;
• Ali təhsil haqqında sənədin diplom və diploma əlavənin surətləri;
• Şəxsiyyət vəsiqəsinin surəti
Qeyd: Hər hansı bir ixtisas üzrə sənəd verən iddiaçı sayı 7 nəfərdən az olduğu halda həmin ixtisas üzrə qəbul prosesi aparılmır.
Qəbul Komissiyası