Təkrar ali təhsil almaq üçün sənəd qəbulu


image not found

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Publik Hüquqi Şəxsi 2025/2026-cı tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla  əyani formada təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir:

050611“Geologiya və geofizika mühəndisliyi”
050506“Geologiya”
050631“Neft-qaz mühəndisliyi”
050617“İnşaat mühəndisliyi” (dəniz neft-qaz qurğuları tikintisi)
050621“Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi”
050624“Mədən mühəndisliyi”
050614“Həyat fəaliyyətinin təhlükəsizliyi  mühəndisliyi”
050618“Kimya mühəndisliyi”
050628“Mexanika mühəndisliyi”
050607“Elektrik və elektronika mühəndisliyi”
050608“Energetika mühəndisliyi”
050509“Kompüter elmləri”
050616“İnformasiya texnologiyaları”
050405“İqtisadiyyat”
050408“Menecment”
050402“Biznesin idarə edilməsi”
050635“Qida mühəndisliyi”

 

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Publik Hüquqi Şəxsi 2025/2026-cı tədris ilində 050631 - “Neft-qaz mühəndisliyi” (III kurs) ixtisası üzrə ödənişli əsaslarla qiyabi formada təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir:

Təkrar ali təhsil üzrə sənədlərin qəbulu AR Elm və Təhsil Nazirliyinin portal.edu.az saytında qeydiyyat başlandığı tarixdən qeyd olunan son tarixə qədər davam edəcək.

Təkrar ali təhsil almaq istəyənlər elektron qaydada portal.edu.az vasitəsilə Əlavə təhsilə elektron sənəd qəbulu xidməti” bölməsinə şəxsi məlumatları daxil etdikdən sonra “Əlavə” sənədlər bölməsinə aşağıda qeyd olunanları yükləməlidirlər:

  • Ali təhsil haqqında sənədlər: diplom və diploma əlavənin surətləri

Elektron qeydiyyatdan keçdikdən sonra müraciətçilər, müsahibə təyin olunan tarixdə Universitetin əsas binasına gələrək Qəbul Komissiyasına aşağıda qeyd olunmuş sənədləri rəsmi qaydada təqdim edir. İlkin baza təhsilindəki tədris proqramı ilə almaq istədiyi ixtisas üzrə baza təhsilinin tədris proqramı arasındakı fərqdən asılı olaraq, fərq az olduqda III kursdan, çox olduqda isə əyani formada II kursdan etibarən təhsil ala bilərlər. Əyani formada dərslər həftədə 4 gün 18.30-dan 21.10-dək, şənbə günü isə 8.30-dan 16.25-dək davam edəcəkdir. 

    • Universitet rektorunun adına ərizə;

    • Ali təhsil haqqında sənədin diplom və diploma əlavənin surətləri;

    • Şəxsiyyət vəsiqəsinin surəti

 

Qeyd: Qiyabi təhsil üzrə  sənəd verən iddiaçı sayı 7 nəfərdən az olduğu halda, əyani təhsil üzrə sənəd verən iddiaçı sayı 15 nəfərdən az olduqda həmin ixtisas üzrə qəbul prosesi aparılmır.

 

Ünvan:Bakı şəhəri, Azadlıq prospekti 20, ADNSU-nun əsas binası, I mərtəbə, Ömürboyu Təhsil Mərkəzi
Əlaqə telefonları:

(012) 498-03-93;         (012) 498-07-57;

(070) 498-03-93;         (012) 598-29-12.

E-mail: smiiyi@bk.ru,   smiiyi@asoiu.edu.az
Sayt:www.smiiyi.asoiu.edu.az

Qəbul Komissiyası