Təkrar ali təhsil almaq üçün müraciət


image not found

 

FAYL

2024/2025-ci tədris ilində ADNSU-da Təkrar ali təhsil almaq üçün müraciət edən şəxslər portal.edu.az saytında elektron qaydada qeydiyyatdan keçdikdən sonra universitetə gələrək aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

• Universitet rektorunun adına ərizə;

• Ali təhsil haqqında diplomun notarial qaydada təsdiqlənmiş surəti (əlavə ilə birlikdə) və iki nüsxə adi surət;

• Əmək kitabçasından çıxarış (işlədiyi halda)

• Şəxsiyyət vəsiqəsinin surəti (2 nüsxə);

• 3x4 sm. ölçüdə 3 ədəd fotoşəkil;

• Sağlamlıq haqqında arayış (forma 86);

• Tərcümeyi hal.

 

Sənədlərin universitetdə Qəbul Komissiyasına rəsmi qaydada təqdim edilməsinə 29.07.2024-cü il tarixindən 19.08.2024-cü il tarixədək müəyyən fasilə veriləcək. 19.08.2024-cü il tarixdən isə univrsitetdə sənəd qəbulu davam edəcək.

 

                                                                   Qəbul Komissiyası