Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.
Heydər Əliyev
Azərbaycanın Ümummilli lideriAzərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ölkədə gənclərin
məşğulluğunu artırmaq və onların işlə təmin olunmasına dəstək məqsədilə 2016-cı
ildən hər il Məzun-Karyera Sərgisi keçirilir. Həmin ildən universitetin
İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin tərkibində Məzun-Karyera
Mərkəzi fəaliyyət göstərir.
İldə iki dəfə təşkil olunan Məzun-Karyera Sərgisində tələbə və məzunlarımıza
birbaşa şirkət nümayəndələri ilə görüş imkanları yaradılır, onların ixtisaslı
mütəxəssis kimi işlə təmin olumasında əvəzsiz şans yaradılır. Bu ilə qədər
universitetdə 14 Məzun-Karyera Sərgisi keçirilib.
Məzun-Karyera sərgilərinin keçirildiyi müddət ərzində tələbə və məzunlara 5000-dən artıq vakant iş və təcrübə yeri təklif
olunub. Yüzlərlə məzunumuz bu sərgilər sayəsində işlə təmin olunub.
Dünyada yayalmış koronavirus pandemiyasının Azərbaycanda da geniş
yayılmasının qarşısının alınması məqsədi ilə ilk dəfə olaraq 11 iyun 2020-ci ildə
ADNSU-da Məzun-Karyera Sərgisi onlayn farmatda keçirilib. Şirkətlər iş yerləri
və vakansiyalar haqqında məlumatları bununla bağlı yaradılmış sayt üzərindən
tələbə və məzunlarımıza təqdim ediblər.
Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.
Heydər Əliyev
Azərbaycanın Ümummilli lideriBiz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik.
İlham Əliyev
Azərbaycan Respublikasının PrezidentiYüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcək.
Heydər Əliyev
Azərbaycanın Ümummilli lideriTəhsil hər bir dövlətin gələcəyidir. Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti