Dekabrın 11-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə innovativ layihələr və startuplar mövzusunda tədbir keçirilib.
Öncə ADNSU-nun THİK-in sədri Namiq Gəncəyev tədbir haqqında iştirakçılara məlumat verib və tələbələri aktiv olmağa dəvət edib.
Sonra qonaqlar - Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin baş mütəxəssisi Aygün Bağırova və mütəxəssis Aygün Əliyeva, layihə meneceri Aynura Vəlizadənin, universitet əməkdaşlarının və tələbələrin iştirak etdiyi tədbirdə mövzu ilə bağlı təqdim keçirilib.
İnteraktiv formatda keçirilən tədbirdə Azərbaycan ekosistemi, startup yaratmağın yolları, şəxsi inkişaf, hacatonlar, uğurlu biznes, inkubasiya mövzuları ilə bağlı ətraflı məlumat verilib. Tələbələrin sualları cavablanıdırlıb.