Məzun Karyera MƏRKƏZİ

Haqqımızda

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ölkədə gənclərin məşğulluğunu artırmaq və onların işlə təmin olunmasına dəstək məqsədilə 2016-cı ildən hər il Məzun-Karyera Sərgisi keçirilir. Həmin ildən universitetin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin tərkibində Məzun-Karyera Mərkəzi fəaliyyət göstərir.
İldə iki dəfə təşkil olunan Məzun-Karyera Sərgisində tələbə və məzunlarımıza birbaşa şirkət nümayəndələri ilə görüş imkanları yaradılır, onların ixtisaslı mütəxəssis kimi işlə təmin olumasında əvəzsiz şans yaradılır. Bu ilə qədər universitetdə 14 Məzun-Karyera Sərgisi keçirilib. Məzun-Karyera sərgilərinin keçirildiyi müddət ərzində tələbə və məzunlara 5000-dən artıq vakant iş və təcrübə yeri təklif olunub. Yüzlərlə məzunumuz bu sərgilər sayəsində işlə təmin olunub.
Dünyada yayalmış koronavirus pandemiyasının Azərbaycanda da geniş yayılmasının qarşısının alınması məqsədi ilə ilk dəfə olaraq 11 iyun 2020-ci ildə ADNSU-da Məzun-Karyera Sərgisi onlayn farmatda keçirilib. Şirkətlər iş yerləri və vakansiyalar haqqında məlumatları bununla bağlı yaradılmış sayt üzərindən tələbə və məzunlarımıza təqdim ediblər.

MƏZUN KARYERA MƏRKƏZİ

Şəkillər